AZ

“Toyu səviyyəli və səviyyəsiz edən müğənnidir”

“Biz nə qədər tələbələr yetişdiririk. Bu sənəti qorumağa çalışırıq ki, gələcək nəsilə sağlam musiqi ötürə bilək. Bayağı musiqilə deməyi xoşlamıram. Musiqinin pisi yoxdur. Onların adları gündəmdə, toy mahnılarıdır”.

OLAY yazır ki, bu sözləri Xalq artist Gülyanaq Məmmədova qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib. 

Sənətçi toy mahnılarını efirdə səslənməsinə qarşı olduğunu bildirib:

“O zamanlar bizim dövrümüzdə bu mahnılara “ara mahnıları” deyirdilər. Amma biz onları da əzbər bilirdik. Bizdə o mahnılar sədaları altında toyda durub oynayırıq. Amma bu mahnılar bizim əsl musiqilərimizi üstəlib efirlərdə səslənməli deyil. Onlar efirlərimizi bəzəməli deyil. Olmaz! Toylarda, sosial şəbəkələrdə paylaşın amma efirdən biz bir mədəniyyət sahibləri olaraq mədəniyyətimizin kökünü qoruyub, saxlamağı bacarmalıyıq. Bizim amalımız da budur”.

Məmmədova vurğulayıb ki, toyu səviyyəli və səviyyəsiz edən müğənnidir:

“Toyda bizim elimizin adətidir. Toyunda öz mədəniyyəti var. Toyu da səviyyəli edən və səviyyədən salan müğənnidir. Orada əxlaq, mədəniyyət var. Bizi öz məclislərinə dəvət edən insanların hansı zövqə və mədəniyyətə aid olduğunu çox gözəl bilirik”.

Seçilən
29
olay.az

1Mənbələr