AZ

“Şamaxı”da 150 minlik hücumçu

“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi son klubu “Erbil” (İraq) olan Kollin Andersonla razılaşıb. Yamaykalı hücumçu tibbi müayinədən keçdikdən sonra müddəti mövsümün sonuna kimi olan müqavilə imzalayacaq.

Anderson dünən “Sabah”la Premyer Liqa matçını tribunada Leroy Mikels və Coy Lens Mikels qardaşları ilə birlikdə izləyib.

Bu mövsüm İraq çempionatında 12 oyunda 3 qol vuran Kollin Yamayka millisində də 2 oyuna çıxıb. “Transfermarkt”da dəyəri 150 min avro olan futbolçu bu ilin yanvarından azad agentdir.

Seçilən
46
futbolpress.az

1Mənbələr