Çay çox faydalı olmasa da, ən çox sevilən içkilərdən biridir. Çaya əlavə edilən bu ədviyyat xərçəng hüceyrələrini öldürə və yaddaşınızı yaxşılaşdıra bilər.
Medicina.az təqdim edir:

Mixəkli çayın xərçəng hüceyrələrini öldürdüyünü bilirdinizmi?
Çaya əlavə etdiyiniz bir mixək qaraciyərdən tutmuş beyinə qədər bütün orqanlarınıza təsir edə bilər. Xərçəng hüceyrələrini öldürmək mixək çayının yeganə faydası deyil. Bəzi tədqiqatlar göstərir ki, mixək qaraciyər sağlamlığı və alzheimer kimi xəstəliklər üçün faydalıdır.
1. İmmunitet sistemini gücləndirir
Mixək C vitamini və antioksidantlarla zəngindir.
Bədəni xəstəliklərə qarşı qoruyaraq immunitet sistemini gücləndirir.
2. Həzmi asanlaşdırır
Mixək qaz, şişkinlik və mədə narahatlığını aradan qaldırmağa kömək edir.
Həzmi dəstəkləyir və mədə turşusunu balanslaşdıraraq həzmsizliyin qarşısını alır.

3. Ağız və diş sağlamlığı üçün faydaları
Antiseptik və antibakterial xüsusiyyətləri sayəsində ağız qoxusunun qarşısını alır.
Diş ağrılarını aradan qaldıran təsirə malikdir.
Diş ətinin iltihabdan qoruya bilər.
4. Boğaz və öskürəyi aradan qaldırır
Mixəyin tərkibindəki maddə boğazı sakitləşdirir və öskürəyi azaldır.
Bal və limonla birlikdə içildikdə qrip və soyuqdəyməyə qarşı təsirlidir.
5. Qan şəkərini normada saxlayır
Mixək insulin müqavimətini azalda bilər və qan şəkərini normada saxlamağa kömək edə bilər.
Diabet xəstələri üçün təbii əlavə ola bilər (lakin həkimə müraciət edin).
6. Zehni diqqəti artırır
Yaddaşı gücləndirdiyi və zehni yorğunluğu azaltdığı deyilir. Hətta alzheimer və demans kimi xəstəliklərə də yaxşı olduğu bildirilir.
Gün ərzində enerji verərək oyanıqlıq hissini artırır.
7. Ürək sağlamlığını dəstəkləyir
Mixək qan dövranını yaxşılaşdıra və xolesterol səviyyəsini tarazlaşdıra bilər.
Qan təzyiqini aşağı salmağa kömək edər.
8. Antiseptik təsirlərə malikdir
Çaya əlavə edilən mixəklər bədəndəki zərərli bakteriyalarla mübarizə apara bilər.
İnfeksiya riskini azaldar.

Necə içmək lazımdır?
Çaya 1 mixək əlavə edib bir neçə dəqiqə dəmləyib içə bilərsiniz. Daha güclü təsir üçün darçın və ya zəncəfil ilə içilə bilər.

ZƏRƏRİ VARMI?
Hər hansı bir dərmandan istifadə edənlər, xroniki xəstələr həkimə müraciət etməlidirlər.
Həddindən artıq içldikdə mədəni qıcıqlandıra bilər.
Aygün
Medicina.az