AZ

Tramp ABŞ-nin rüsumlarla yenidən zənginləşəcəyinə inanır

“ABŞ administrasiyasının xarici məhsullara tətbiq etdiyi gömrük rüsumları ABŞ-ni yenidən zənginləşdirəcək.” 

ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində buna əmin olduğunu bildirib.

"Düşünürəm ki, rüsumların tətbiqi bir ölkə olaraq gördüyümüz ən böyük iş olacaq. Bu, ölkəmizi yenidən zənginləşdirəcək. Mən yalnız bir şeyi bilirəm: yüz milyardlarla dollar rüsum alacağıq və biz o qədər varlanacağıq ki, bütün bu pulları nə vaxt xərcləyəcəyinizi bilməyəcəksiniz. Bizdə iş yerləri olacaq. Fabriklərimiz açılacaq. Hər şey gözəl olacaq", - deyə Tramp bildirib.

©Apa

Seçilən
11
1
valyuta.az

2Mənbələr