AZ

Mədəni və yaradıcı sənaye sahələri ilə bağlı təsnifat siyahısı hökumətə təqdim olunub

Mədəniyyət Nazirliyi UNEC-lə birlikdə mədəni və yaradıcı sənaye sahələrini təsnifatlaşdırıb və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edib.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimat zamanı çıxışında deyib.

Onun sözlərinə görə, iqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı səneyeyə diqqət günü-gündən artmaqdadır:

“Bu metodologiya ətrafında Azərbaycanda da müəyyən addlmlar atılıb. Mədəniyyət Nazirliyi və UNEC tərəfindən, bu mənada, mədəni və yaradıcı sənaye sahələri təsnifatlaşdırılıb və təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim edilib”.

Seçilən
12
2
report.az

10Mənbələr