AZ

Serbiya millisinin bombardiri ürək probleminə görə xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanının "Əl-Hilal" və Serbiya millisinin hücumçusu Aleksandr Mitroviç ürək probleminə görə xəstəxanaya yerləşdirilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı oyunçunun bud nahiyəsindəki zədə sağaldıqdan sonra komandanın düşərgəsinə qatılıb.

Lakin bazar günü məşq sırasında gərginlik yaşayan Mitroviç sürətli ürək döyüntüsü səbəbindən Ər-Riyaddakı xəstəxanaya aparılıb. Ona rahat şəkildə istirahət etmək tövsiyə olunub.

Qeyd edək ki, A.Mitroviç 59 qolla Serbiya millisinin heyətində ən çox qol vuran futbolçudur O, bu mövsüm “Əl-Hilal”ın heyətində 25 matçda 21 dəfə fərqlənib və 3 məhsuldar ötürmə edib.

Seçilən
21
50
report.az

10Mənbələr