AZ

Məhkumlar üçün futbol dərsləri keçirilir

Kürdəxanı qəsəbəsində yerləşən qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə və yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində futbol dərslərinə start verilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir milli assosiasiyanın təşkilatçılığı və Ədliyyə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində gerçəkləşib.

Dərsləri həftədə iki dəfə olmaqla AFFA tərəfindən ayrılan məşqçilər İradə Quliyeva və Elvin Həmidov keçir. Cəzaçəkmə müəssisələrində təşkil olunan dərslərin əsas məqsədi məhbusların fiziki və psixoloji inkişafını dəstəkləmək, onların sosial adaptasiyasını yaxşılaşdırmaq, cinayətkar davranışların qarşısını almaqdır.

Bu cür fəaliyyətlər məhbusların özlərini təkmilləşdirmələrinə, emosional sağlamlıqlarını qorumağa və sosial bacarıqlarını artırmağa imkan yaradır. Həmçinin futbol məşqləri əsnasında əldə edilən nizam-intizam və əməkdaşlıq cəzaçəkmə müəssisələrindəki mühiti daha sülhsevər və harmonik edə bilər.

Əlavə olaraq, layihəyə qoşulan bütün iştirakçılar üçün AFFA tərəfindən idman ləvazimatları (top, fişka, məşqlər üçün idman geyimi, idman qapısı, top setkası və s.) ayrılıb.

Seçilən
20
6
report.az

7Mənbələr