AZ

Quraşdırılmış POS-terminalların 98 faizdən çoxu təmassız ödənişləri dəstəkləyir

2024-cü il ərzində ölkə üzrə bankomatların sayında 6,2 faiz, o cümlədən regionlarda yerləşən bankomatların sayında isə 2,7 faiz artım müşahidə edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin yekunlarına dair “Rəqəmsal ödənişlər icmalı”nda bildirilir.

Cari ilin yanvar ayının 1-nə dövriyyədə olan POS-terminalların sayı 2023-cü illə müqayisədə 38,4 faiz artaraq 119,5 min ədədə bərabər olub. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 41,4 faiz artaraq 117,3 min ədəd təşkil edib. Quraşdırılmış POS-terminalların 98,1 faizi təmassız ödənişləri dəstəkləyir. Regionlarda pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılan POS-terminalların sayı 17,1 min və ya 61,6 faiz artıb.

Seçilən
14
vergiler.az

1Mənbələr