AZ

“Real” Rodriqo ilə bağlı qərarını qətiləşdirdi

“Real” hücumçusu Rodriqo ilə bağlı qərarını qətiləşdirib.

Msport.az xəbər verir ki, “kral klubu” Braziliya millisinin üzvünü yayda satmayacaq.

İspaniya nəhəngi vingeri 2025-26 mövsümündə komandanın vacib fiqurlarından biri kimi görür. “Real”ın oyunçuları və məşqçilər heyəti Rodriqonun mühüm matçlarda fərq yaratmaq qabiliyyətinə sahib olduğunu hesab edirlər. Braziliyalı özü də komandada qalmaq istəyir.

Rodriqoya “Mançester Siti” və Səudiyyə Ərəbistanı klubları maraq göstərir. “Real” onunla  ilə bağlı rəsmi təklif almayıb. Ancaq təklif olsa belə, rədd cavabı veriləcək.

Seçilən
36
msport.az

1Mənbələr