Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərə göstərilən dəstək tədbirləri davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, layihə çərçivəsində növbəti görüş Lənkəran, Astara, Neftçala, Masallı və Cəlilabad rayonlarından olan qadın fermerlərlə keçirilib.
Budəfəki dəstək tədbirləri çərçivəsində qiymətləndirmə sorğularına əsasən, 13 fermerə ümumilikdə təsərrüfatlarının ehtiyacları üzrə müxtəlif növ avadanlıqlar təqdim edilib.
Bildirilib ki, layihə çərçivəsində göstərilən dəstəklər qadın fermerlərin işini stimullaşdırır və onların daha çox gəlir əldə etməsinə imkan yaradır.
Bugünədək AFAQ layihəsi çərçivəsində 847 fermerə kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərində təlimlər keçirilib. Ümumilikdə 29 region üzrə 299 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.