AZ

Deko Neymarın mümkün dönüşünü dəyərləndirdi

“Barselona”nın idman direktoru Deko “Santos”un hücumçu Neymarla müqavilə imzalamaq ehtimalını dəyərləndirib.

Msport.az xəbər verir ki, portuqaliyalı funksioner bu keçidin reallaşacağını təkzib edib.

Dekonun 33 yaşlı braziliyalının qayıdışına qəti şəkildə qarşı olmasının bir neçə səbəbi var. Birincisi, “Barselona” rəhbərliyi hesab edir ki, Neymar karyerasının pik nöqtəsini keçib və əvvəlki formasını bərpa edə bilməyəcək. İkincisi, klubda gənc futbolçuların Neymardan mənfi təsir ala biləcəyindən narahatdırlar. Üçüncüsü, Neymar daha əvvəl özü “Barselona”da karyerasını davam etdirməmək qərarını vermişdi.

Qeyd edək ki, bir müddət əvvəl Neymarın DÇ-2026-ya daha yaxşı hazırlaşmaq üçün “Barselona”ya qayıtmaq istədiyi ilə bağlı xəbərlər yayılmışdı. O, 2013–2017-ci illərdə kataloniyalıların formasını geyinib.

Seçilən
31
msport.az

1Mənbələr