2024-cü ildə baş vermiş hadisələr nəticəsində kartof sahələrinə dəyən zərərə görə fermerlərə 11 178,64 manat ödəniş edilib.
Aqrar Sığorta Fondunun məlumatına görə, ötən il ölkədə kartof əkinlərinin ümumi sahəsi 46 748,6 hektar təşkil edib. Ən çox kartof əkini Qazax-Tovuz (22 028,3 ha), Lənkəran-Astara (7 457 ha), Şəki-Zaqatala (3 961 ha), Quba-Xaçmaz (3 932 ha) iqtisadi rayonlarının ərazisində yerləşir.
Daxili bazarın kartofa olan tələbatı əsasən yerli istehsal hesabına qarşılanır. İqlim şəraitindən, coğrafi amillərdən asılı olaraq Azərbaycanda kartof əkini prosesi fevral ayından başlayır və müxtəlif rayonlarda aprelin sonuna qədər davam edir.
Qeyd edək ki, ümumilikdə təkcə keçən il ərzində aqrar sektora dəymiş zərər üzrə sığortalı təsərrüfatlara edilən sığorta ödənişi 6,4 milyon manat təşkil edib.