AZ

“Neftçi” – “Turan Tovuz”: seriyanı kim pozacaq?

“Neftçi” Azərbaycan Premyer Liqasının XXVI turunda bu gün “Turan Tovuz”la üz-üzə gələcək.

“Ağ-qaralar” 25 turdan sonra 27 xalla 6-cı pillədədir. Samir Abasvun rəhbərlik etdiyi kollektiv çempionatda son 5 oyunda 3 qələbə qazanıb, 2 dəfə uduzub. Komanda ötən turda “Kəpəz”ə məğlub olub.

“Turan Tovuz” isə 42 xalla 4-cü pillədədir. Kurban Berdıyevin yetirmələri üçüncü sıradakı “Araz-Naxçıvan”dan 4 xal geri qalır. Komanda bu gün “Neftçi”yə qalib gəlsə, fərqi minimuma endirəcək. Hədəfi avrokuboklara vəsiqə qazanmaq olan tovuzluların tək yolu elitadır. “Neftçi”də isə durum fərqlidir. Premyer Liqa yolu ilə avrokuboka vəsiqə qazanması mümkünsüzə bənzər olan “ağ-qaralar”da əsas diqqət kubokdadır. Bu səbəbdən “Turan Tovuz”un görüşdə daha istəkli olması gözlənilir.

Komandalar arasında bu mövsüm baş tutan iki oyun da heç-heçə başa çatıb – 1:1, 0:0.

“Neftçi” – “Turan Tovuz” oyunu saat 19:30-da start götürəcək.

Şahin Cəfərov

Seçilən
23
futbolpress.az

1Mənbələr