Serbiya millisinin və "Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) hücumçusu Aleksandr Mitroviç xəstəxanaya yerləşdirilib.
Fanat.Az Serbiya mətbuatına istinadən xəbər verir ki, bud nahiyəsindəki zədəni sağaldan təcrübəli forvard bir müddət öncə komandasının məşqlərinə qatılıb.
Amma bazar günü səhhətində problem yaranan Aleksandr sürətli ürək döyüntüsü səbəbindən Ər-Riyaddakı xəstəxanaya aparılıb. Həkimlər 30 yaşlı oyunçunun daha çox istirahət etməli olduğunu bildiriblər.
Qeyd edək ki, Mitroviç 59 qolla Serbiya seçməsinin ən yaxşı bombardiridir. Cari mövsüm “Əl-Hilal”ın heyətində 25 matça çıxan ön xətt oyunçusu 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.