AZ

"Şübhəli penaltidən sonra..." - Motta rüsvayçı yenilgini şərh etdi

İtaliya A Seriyasının 28-ci turunda öz meydanında "Atalanta"ya 0:4 hesabı ilə uduzan "Yuventus"un baş məşqçisi Tyaqo Motta darmadağını şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini DAZN belə çatdırıb:

"Çox üzgünük və təəssüf edirik. Daha skudetto haqda heç bir söhbət olmayacaq. Biz yalnız yolumuza davam etməliyik. A Seriyasında ikinci ən gənc komanda "Yuventus"dur. 

Buraxdığımız ilk qoldan sonra psixoloji cəhətdən çətin idi. Əslində, asan olmayacağını öncədən də bilirdik. Şübhəli penaltidən sonra hücumların kəsərini artırmağa çalışdıq, amma "Atalanta" əks-hücumlarda yaxşı təsir bağışladı".

Xatırladaq ki, 28 oyuna 52 xal toplayan "Yuventus" A Seriyasının turnir cədvəlində 4-cü pillədə mövqe tutub.

Nihat

Seçilən
14
fanat.az

1Mənbələr