AZ

"Qarabağ"ın sabiq futbolçusu: "Avropada bizim futbolçulara tələbat yoxdur"

"Avropada bizim futbolçulara tələbat yoxdur"

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Elmir Xankişiyev Sportal.az-a açıqlamasında deyib.

Ağdam klubunun veteran yarımmüdafiəçisi yeni sezondan Misli Premyer Liqasında legionre limitinin ləğv olunmayacağı haqda bunları deyib: "Legioner limitinin ləvğv edilməsinin müsbət cəhətləri də olacaq, mənfi cəhətləri də. Klublarımıza müsbət təsir edə bilər. O da aşağı büdcəli yox, yuxarı büdcəli 4-5 komandamıza. Klublar legionerləri transfer edib, UEFA turnirlərdə yaxşı çıxış edə biləcəklər. Amma legioner limitinin ləğvinin mənfi tərəfi milli komandamızla bağlıdır. Millimizə mütləq təsir edəcək. Yerli oyunçular oyun vaxtı az alsalar, formadan düşəcək, bu da milliyə mənfi cəhətdən təsirini göstərəcək. U-21 yığmasına da, əsas milliyə də həmçini".

Sabiq "Qarabağ"lı Premyer Liqamızda legioner limiti tətbiq edilmədikdən sonra azərbaycanlı futbolçuların xaricə yollanmaq şanslarını dəyərləndirib: "Təbii ki, yaxşı olardı. Amma Avropada bizim futbolçular o qədər də çox tanınmır axı, Avropada bizim futbolçulara tələbat yoxdur. Ən yaxşı halda isə futbolçularımıza Türkiyə 1-ci liqasında tələb olur. Bu mövsümdən azərbaycanlı oyunçular da orada legioner kimi çıxış edir. Bu mənada, futbolçularımızın artıq ora getməsi də çətinləşəcək. Doğrudur, üzdə olan futbolçularımız var, “Qarabağ”da oynayanlar, millidəki uşaqlar Avropaya gedib, orada oynaya bilərlər. Onlar üçün də şərait yaratmaq lazımdır. Klublarımız onları azad agent kimi buraxsa, gedib Avropada oynayarlar".

İdman.biz

Seçilən
1
idman.biz

1Mənbələr