Bakı, 10 mart, AZƏRTAC
Parabadminton üzrə Azərbaycan millisi Şamaxıda hazırlıq keçir.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan toplanışda 11 idmançı iştirak edir.
Bunlar İlkin Bağırzadə, Əli Məhərrəmov, Nicat Allahverdiyev, Turan Şahsubutov , Fərid Mayılov, Zəhra Salmanlı, Ayan Əliyeva, Nigar Mehdiyeva, Nərmin İsgəndərova, Minəbəyim Rəhmanzadə və Fatimə Muradovadır.
Qeyd edək ki, bu gün start götürən hazırlıq prosesi martın 20-dək davam edəcək.