AZ

Diabet həyəcan təbili çalır: Gənc yaşlarda artan xəstəlik riskindən ehtiyatlı olun

Diabet həyəcan təbili çalır: Gənc yaşlarda artan xəstəlik riskindən

Son illərdə şəkərli diabetin gənclər arasında artması ciddi narahatlıq doğurur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Endokrin və Metabolik Xəstəliklər Mütəxəssisi Dr. İbrahim Özdeş bu artımın əsas səbəbləri kimi pis qidalanma, oturaq həyat tərzi, stress və nizamsız yuxunu göstərir.

Diabet mədəaltı vəzinin qeyri-kafi insulin istehsalı və ya insulinin bədəndə düzgün istifadə olunmaması nəticəsində yaranır. İlkin simptomlara ağız quruluğu, tez-tez tualetə getmək, halsızlıq, arıqlamaq və dəri problemləri daxildir. Xəstəliyin tip 1, tip 2 və hamiləliklə bağlı gestational diabet kimi növləri var.

Dr. Özdeş diabetin qarşısının alınması və idarə olunmasında düzgün qidalanmanın və fiziki aktivliyin vacibliyini vurğulayır. Lifli qidalar, kompleks karbohidratlar və Aralıq dənizi pəhrizi tövsiyə edilir. Həftədə 150 ​​dəqiqə fiziki fəaliyyət və gündəlik 50 dəqiqə gəzinti diabeti nəzarət altında saxlamağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
15
e-saglam.az

1Mənbələr