AZ

Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatınınəməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkməmüəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Trendxəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, məhkum Mövsüm Vaqif oğlu Mövsümova tanışıtərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman konfetləriniçərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 8,101 qrammetamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarındasaxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və yaötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir dahavətəndaşların diqqətinə çatdırılır",- məlumatda qeyd edilib.

Seçilən
3
5
az.trend.az

2Mənbələr