AZ

"Liverpul" "Adidas"la müqavilə imzalayıb

"Liverpul" məşhur "Adidas" şirkəti ilə uzunmüddətli müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Mersisayd klubunun rəsmi saytı məlumat yayıb.Yeni müqavilənin detallarına dair əlavə məlumat verilməyib.

Avqustun 1-dən etibarən "Liverpul" Almaniyanın idman geyimləri brendinin formasında oynayacaq. Bundan əvvəl tərəflər artıq iki dəfə - 1985-1996 və 2006-2012-ci illərdə əməkdaşlıq ediblər. İngiltərə Premyer Liqasının 29 turundan sonra 70 xalı olan "Liverpul" turnir cədvəlinə başçılıq edir. Arne Slotun yetirmələri ikinci yerdə qərarlaşan “Arsenal”ı 15 xal qabaqlayır.

Seçilən
22
90deqiqe.az

1Mənbələr