İtaliya A Seriyasının 28-ci turunun “Atalanta” ilə ev oyununda 0:4 hesablı məğlubiyyət “Yuventus” üçün antirekordla əlamətdar olub.
Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, “qoca sinyora” bu məğlubiyyətlə XXI əsrdə şəxsi antikordunu müəyyənləşdirib.
Bu, “byankoneri”nin yeni əsrdə İtaliya çempionatında dörd top fərqi ilə ilk məğlubiyyətidir. Buna qədər “qoca sinyora”nı milli birincilik çərçivəsində öz evində dörd top fərqi ilə “Torino” rahatlamışdı. 1967-ci ilin oktyabr ayının 22-də “öküzlər” “byankoneri”ni səfərdə dörd dəfə “buynuzlamışdılar” – 4:0.
28 oyundan 52 xal toplamış “Yuventus” yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Atalanta” isə 58 xalla 3-cü pillədədir. A Seriyasına 61 xalla “İnter” başçılıq edir.