“Napoli”nın baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 28-ci turunun “Fiorentina” ilə ev oyunundakı 2:1 hesablı qələbəni şərh edib.
Arena.az “calcionapoli1926” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz bu qələbəyə layiq idik, amma oyunun gedişində daha artığına nail olmaqla, oyunun sonunda daha az həyəcan keçirə bilərdik. Son vaxtlar biz ən son dəqiqələrdə xalları tez-tez əldən vermişik. Burada da belə hal baş verə bilərdi, amma xoşbəxtlikdən, bu, baş vermədi. Qol vəziyyətlərinin gerçəkləşdirilməsini yaxşılaşdırmaq istərdim”, deyə Antonio Konte vurğulayıb.
28 oyundan 60 xal toplamış “Napoli” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Fiorentina” isə 45 xalla 8-ci pillədədir. A Seriyasına 61 xalla “İnter” başçılıq edir.