AZ

Hindistan üçün Kalininqradda inşa edilən daha bir freqatın sınaqları başlayıb

Baltikyanı “Yantar” gəmiqayırma zavodu Hindistan Hərbi Dəniz Qüvvələri üçün tikilmiş ikinci freqatın sınaqlarına başlayıb.

Herbiand.az bildirir ki, gəmi 2013-cü ildə Rusiya Hərbi Dəniz Qüvvələri üçün “Admiral İstomin” adı ilə hazırlanmağa başlayıb, lakin sonda Hindistan üçün tamamlanıb. Bu, Hindistan Hərbi Dəniz Qüvvələrinin 8-ci freqatı olacaq.

Freqatın silahlanmasına A-190 100 mm-lik artilleriya qurğusu, zenit-raket və artilleriya sistemləri, torpedo və sualtı qayıqlara qarşı silahlar, həmçinin uzaq mənzilli “Kalibr-NK” qanadlı raketləri (Hindistan Hərbi Dəniz Qüvvələri üçün “Brahmos”) daxildir. Gəminin göyərtəsində freqatlar üçün nəzərdə tutulmuş Ka-27 və ya Ka-31 helikopteri üçün yer var.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
26
herbiand.az

1Mənbələr