“Son görüş martın 9-da baş tutub, həmin gün Pauel Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermakla mühüm təhlükəsizlik məsələlərini müzakirə edib. Pauel amerikalı həmkarı Mayk Uoltsla da Ukrayna haqda danışıb”,- qəzet bildirir.
Nəşrin ehtimalına görə, Pauel Kiyevə Vaşinqtonun tələblərinə cavab verməyə hazır olduğunu sərgiləməyi məsləhət görür.
![]() |
Tramp Zelenskinin getməsini istəyir |
“CNN” və “Fox” telekanallarının məlumatına görə, Ukrayna ABŞ-dən yalnız müdafiə üçün lazım olan məlumatları almağa davam edir. Bununla belə, bu gün ABŞ prezidenti Donald Tramp onun administrasiyasının Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini “demək olar ki,” bərpa etdiyini açıqlayıb.
Xatırladaq ki, bu gün Volodimir Zelenski Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək. Martın 11-də Amerika və Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqlarda isə onun iştirakı nəzərdə tutulmayıb.
Sahil İsgəndərov
AzVision.az