Azərbaycan Basketbol Liqasında XVII turun ən yaxşısı bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Azbasketbol" “Sumqayıt”ın heyətində "Ordu" ilə matçda möhtəşəm performans göstərən Endryu Louderi XVII turun basketbolçusu seçib. Belə ki, basletbolçu son oyunda 44 xal toplayıb. Həmçinin o, 8 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, sözügedən qarşılaşmada "Sumqayıt" "Ordu"nu 122:116 hesabıyla məğlub edib.