AZ

Almaniyada koalisiya danışıqları başlayır: Partiyalar razılığa gəldi

Almaniyada fevralın 23-də keçirilən ümumi seçkidə qalib gələn Xristian Demokrat İttifaqı (XDİ) və Sosial Demokrat Partiyası (SPD) koalisiya hökuməti qurmaq üçün apardıqları ilkin danışıqlarda ümumi prinsiplər üzərində razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə Berlində mətbuat konfransında çıxış edən XDİ sədri Fridrix Merz açıqlama verib.

O, ilkin danışıqların yaxşı və dostluq şəraitində keçdiyini və immiqrasiya, iqtisadiyyat, maliyyə siyasəti və əmək bazarı kimi kritik sahələrdə razılaşmaların əldə edildiyini bildirib.

SPD sədri Lars Klinqbeyl isə danışıqları “konstruktiv” qiymətləndirib və tərəflərin ölkənin idarə olunmasında məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu qeyd edib.

Seçilən
18
publika.az

1Mənbələr