AZ

Qasperini: “İkinci qoldan sonra “Yuventus” əminliyini itirdi”

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının 28-ci turunun “Yuventus”la səfər oyununda 4:0 hesablı qələbəni şərh edib.

Arena.az DAZN şəbəkəsinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, futboldur. Bəzən siz qalib gəlir, bəzən isə məğlub olursunuz. Xatırlamaq gərəkdir ki, “Yuventus” A Seriyasında əvvəlki beş oyunda qalib gəlmişdi. Çoxları bu nəticəni çətin ki təsəvvür edə bilərdi, amma biz mükəmməl çıxış etdik. Biz, fasiləyə qədər daha çox qol vura bilərdik. İkinci qoldan sonra “Yuventus” əminliyini itirdi, biz isə bundan mütləq fayda əldə etdik”, deyə Qasperini məmnunluqla vurğulayıb.

28 oyundan 58 xal toplamış “Atalanta” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Yuventus” isə 52 xalla 4-cü pillədədir. A Seriyasına 61 xalla “İnter” başçılıq edir.

Seçilən
0
arena.az

1Mənbələr