AZ

Ukraynadakı müharibə ABŞ-ın qlobal silah ticarətindəki üstünlüyünü gücləndirib

Ukraynadakı müharibə ABŞ-a qlobal silah sənayesində hökmranlığını gücləndirməyə kömək etdi.

Araşdırmaya görə, 2020-2024-cü illər arasında ABŞ-ın silah ixracı əvvəlki beş illik dövrlə müqayisədə artaraq qlobal ümumi həcmin 43 faizinə çatıb.

Herbiand.az bildirir ki, bu barədə The Washington Post yazıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qiymətləndirməsinə görə, 20 ildə ABŞ-ın qlobal silah ixracında payı orta hesabla 35 faiz təşkil edib.

SIPRI-nin silah transferi proqramının direktoru Metyu Corc deyib: “ABŞ silah ixracına gəldikdə unikal mövqedədir. Onun qlobal silah ixracındakı payı 43 faizlə növbəti ən böyük ixracatçı Fransanın payından dörd dəfə çoxdur”.

Qeyd edilib ki, Ukrayna 2020-2024-cü illər arasında ABŞ-ın ən çox silah idxalçısı olub. Bunun son 2 ili Rusiyanın Ukraynaya qarşı işğalı dövrünə təsadüf edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
22
herbiand.az

1Mənbələr