Bakı, 10 mart, AZƏRTAC
Şimal dənizində Şərqi Yorkşir sahillərində neft tankeri və yük gəmisi toqquşub.
AZƏRTAC xəbər verir ki, sahil mühafizəsi hadisə yerinə sabit qanadlı təyyarə və yanğınsöndürmə qabiliyyətinə malik gəmilərlə yanaşı, xilasetmə helikopteri cəlb edib.
Yanğın hazırda davam edir.