AZ

"Azərişıq" Kəlbəcərdə elektrik təchizatı üçün 3,4 milyon manat ayırıb

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tender elan edib. 

Valyuta.az xəbər verir ki, müqavilə Kəlbəcər rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin dairəvi elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xətlərinin çəkilməsi (İstisu-Sanatoriya) işlərini əhatə edəcək. 

Görüləcək işin ehtimal olunan maliyyə dəyəri 3 milyon 440 min 107 manatdır.

Tender aprelin 18-ə qədər davam edəcək.

Maya Hüseynova

Seçilən
21
valyuta.az

1Mənbələr