AZ

Füzulidə 5 otaqlı ev yandı

Yazını böyüt
Yazını kiçilt

Füzulidə 5 otaqlı ev yanıb.

Bu barədə hafta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Babı kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 235 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
19
hafta.az

1Mənbələr