AZ

Azərbaycanda POS-terminalların sayı 38%-dən çox artıb

Ötən il dövriyyədə olan POS-terminalların sayı 2023-cü illə müqayisədə 38.4% artaraq 119.5 min ədədə bərabər olub.

Valyuta.az xəbər verir ki, ötən il ərzində ölkə üzrə bankomatların sayında 6.2%, o cümlədən regionlarda yerləşən bankomatların sayında isə 2.7% artım müşahidə edilib.Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 41.4% artaraq 117.3 min ədəd olub. 

Qeyd edək ki, regionlarda pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 17.1 min və ya 61.6% artıb. O cümlədən quraşdırılmış POS terminalların 98.1%-i təmassız ödənişləri dəstəkləyir.

Sərvanə Rəmixanova

Seçilən
16
valyuta.az

1Mənbələr