"Oklahoma City Thunder" komandasının oyunqurucusu Şay Qilcos-Aleksandr NBA-nın əfsanəvi oyunçusu Maykl Cordanla bu göstəricisini bərabərləşdirib.
Offsideplus.az xəbər verir ki, o, 30-dan çox oyunda 40+ xal topladığı mövsümlərin sayına görə Cordanla eyni göstəriciyə sahib olub. Kanadalı basketbolçu artıq ardıcıl üçüncü mövsümdür ki, bu cür yüksək məhsuldarlıqla çıxış edir. Son 40 il ərzində bu nailiyyəti yalnız Maykl Cordan göstərə bilib.
Xatırladaq ki, Şay Qilcos-Aleksandr daha əvvəl NBA-nın müntəzəm çempionatı çərçivəsində ötən gecə "Denver Nuggets" ilə oyunda 40 xal toplayıb, 8 ribaund edib, 5 məhsuldar ötürmə verib və 3 blok vurub. Qarşılaşma "Oklahoma City Thunder" komandasının 127:103 (28:29, 33:31, 25:23, 41:20) hesablı qələbəsi ilə başa çatıb.