ABŞ-ın vitse-prezidenti Cey D.Vensin əmisi oğlu Neyt Vensin Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra Ukraynaya getdiyi və könüllü olaraq ordu sıralarına qoşulduğu məlum olub. Fransanın “Le Figaro” qəzetinə danışan Neyt Vens əvvəlcə Lvova müharibənin əvvəlində gəldiyini, daha sonra Ukrayna ordusuna qatıldığını və təxminən üç il xidmət etdiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, gəncliyində dörd il ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edən Neyt Vens Ukraynaya getmək qərarını “Tarixin bir parçası olmaq istəyirdim” sözləri ilə izah edib.
Özünün dediyinə görə, Neyt Vens 2025-ci ilin yanvarında Ukrayna ordusundakı vəzifəsini tərk edib. Bu qərarı onun əmisinin oğlu, ABŞ-ın vitse-prezidenti J.D. Vans və Ukrayna prezidenti Vladimir Zelenski arasında diplomatik gərginliyin yaşandığı vaxta təsadüf etməsi diqqət çəkib.
Neyt əmisi oğlunun Ukraynaya qarşı sərt münasibətini əvvəlcə siyasi strategiya kimi qiymətləndirdiyini ifadə edərək, "Əmim oğlunun Ukraynaya yardımı tənqid etməsini siyasi oyun hesab etdim, axı o, seçicilərinə mesaj verməli idi. Amma gözlədiyim kimi olmadı" dedi.
Neyt Vens bir neçə dəfə əmisi oğlu ilə əlaqə saxlamağa çalışdığını, lakin mesajlarına cavab almadığını bildirib. ABŞ-ın vitse-prezidenti J.D. Fevralın sonunda prezident Trampla Zelenski arasında yaşanan gərginlik zamanı gündəmə gələn Vens Ukraynaya edilən yardımı tənqid edən rəftarı ilə diqqət çəkib.