AZ

Rusiya-Çin ticarəti zəifləyir

Yazını böyüt
Yazını kiçilt

2025-ci ilin yanvar-fevral ayları dövründə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 34,68 milyard dollar təşkil edib. Çin Gömrük İdarəsinin məlumatına görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azalıb.

Hafta.az-ın "Kommersant"a istinadən yazdığına görə, iki aylıq dövrdə Çinin Rusiyaya ixracı 10,9 faiz azalaraq 14,95 milyard dollar, Rusiyanın Çinə ixracı isə 3,9 faiz azalaraq 19,73 milyard dollar olub. Bununla belə, Rusiyanın xarici ticarət müsbət saldosu 4,78 milyard dollara yüksəlib və bu profisit ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz artıb.

2024-cü ilə qədər Rusiya ilə Çin arasında ticarət həcmi rekord səviyyəyə - 244,81 milyard dollara çatıb. Çinin Rusiyaya ixracatı keçən il 4,1 faiz artarkən, 2023-cü ildə iki ölkə arasındakı ümumi ticarət həcmi 240,11 milyard dollar olaraq qeyd edilib.

Seçilən
16
hafta.az

1Mənbələr