Lüksemburq şahzadəsi Robert və şahzadə Julinin oğlu Frederik 22 yaşında nadir görülən "POLG" xəstəliyindən dünyasını dəyişib.
Azreform.info xarici KİV-ə istinadən xəbər verir ki, o, uzun müddət nadir xəstəliklə mübarizə aparırdı.
Şahzadənin ailəsi Frederikin 2022-ci ildə təsis etdiyi POLG Fondunun saytında oğlunun martın 1-də Parisdə dünyasını dəyişdiyini açıqlayıb.
Fond xəstəliyi "bədənin hüceyrələrindən enerji oğurlayan, çoxsaylı orqan disfunksiyasına və uğursuzluğa səbəb olan genetik mitoxondrial xəstəlik" kimi təsvir edir. Bildirilib ki, xəstəliyin müalicəsi yoxdur.
Həmidə İbrahimova