AZ

Rusiya iki Britaniya diplomatını “casus” elan edərək ölkədən qovdu

Rusiya iki Britaniya diplomatını ölkədən qovur.

AzPost bildirir ki, Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Diplomatik missiyanın bəzi əməkdaşlarının Rusiyaya giriş icazəsi alarkən bilərəkdən yalan məlumatlar verməsi faktları ilə bağlı Rusiya tərəfi kəskin etirazını bildirib.

Britaniyalı diplomata məlumat verilib ki, Rusiya qanunvericiliyinin pozulmasına görə, həmçinin Rusiyanın səlahiyyətli orqanlarına daxil olan bu əməkdaşların Britaniya xüsusi xidmət orqanlarına aid olduğunu göstərən məlumatlar nəzərə alınmaqla həmin şəxslərin akkreditasiyası ləğv edilir. Onlar iki həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər.

Seçilən
8
azpost.info

1Mənbələr