AZ

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılıblar

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçiləri növbəti beynəlxalq yarışlara qatılıblar.

Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu gün paralel olaraq Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərində “WTT Youth Contender” turnirinə start verilib.

Onur Quluzadə və Tunar Bağırov martın 10-dan 12-dək milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Berlindəki, Yağmur Məmmədli və Aylin Əsgərova məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Havirovdakı turnirdə bacarığını göstərəcək.

Martın 14-dən 16-dək isə oğlanlar Havirovda, qızlar Berlində təşkil olunacaq analoji yarışda mübarizə aparacaqlar.

Seçilən
19
3
azertag.az

4Mənbələr