Milli Məclisin deputat Vüqar İskəndərovun təşəbbüsü, “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi və “İnsan” dərnəyinin dəstəyi ilə Şəkidə şəhid ailələri və aztəminatlı ailələrinə sovqatlar təqdim olundu.
QHT.az XALQ.AZ-a istinadən məlumatına görə, deputat Vüqar İskəndərovun təşəbbüsü, “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi və “İnsan” dərnəyinin dəstəyi ilə Şəkidə şəhid ailələri və aztəminatlı ailələrə qarşıdan gələn Novruz və Ramazan bayramları münasibəti ilə sovqatlar təqdim olunub.
Uşaqlara hədiyyələr verilib. Deputatın təbrikləri çatdırılıb. Müqəddəs Ramazan ayında dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk.