AZ

"Liverpul" "Adidas" ilə çoxillik müqavilə imzalayıb

"Liverpul" idman geyimləri şirkəti "Adidas" ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2025/26 mövsümündən etibarən "Adidas" klubun kişi, qadın və gənclər komandaları üçün oyun və məşq dəstlərinin, habelə xeyriyyə təşkilatının əməkdaşları üçün geyimlərin rəsmi təchizatçısı olacaq.

İlkin məlumatlara görə, klubun bu müqavilədən illik gəliri 60 milyon funt sterlinq civarında olacaq.

Seçilən
21
operativmm.az

1Mənbələr