AZ

Hakan Fidan britaniyalı həmkarı ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, nazir Fidan Lammi ilə telefon danışığında Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr və Avropa təhlükəsizlik arxitekturasına dair cari müzakirələr dəyərləndirilib, Avropa İttifaqına daxil olmayan ölkələrin Avropanın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı qeyd edilib.

Görüş zamanı ikitərəfli əlaqələr, xüsusilə Suriyadakı vəziyyət və müdafiə sənayesi sahəsində əməkdaşlıq da müzakirə edilib.

Seçilən
22
operativmm.az

1Mənbələr