AZ

Ceyhun Bayramov Katrin Bomberger ilə görüşüb

Bakı. Trend:

10 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov İtkin Düşmüş Şəxslər üzrə BeynəlxalqKomissiyanın Baş direktoru Katrin Bomberger ilə görüşüb.

XİN-dən Trend-əverilən məlumata görə, görüş zamanı, Ermənistanın Azərbaycana qarşıtəcavüzü və ərazilərimizin işğalı zamanı itkin düşmüşazərbaycanlılar məsələsi, itkin düşmüş şəxslərin tapılması vəkimliklərinin müəyyənləşdirilməsi istiqamətində mövcud vəziyyət,habelə beynəlxalq əməkdaşlıq istiqamətində səylər müzakirəolunub.

Nazir Ceyhun Bayramov “itkin düşmüş şəxslər” məsələsinin hərzaman əsas diqqət mərkəzində olduğu, 1990-cı illərin əvvəllərindəErmənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar vəqadınlar da daxil olmaqla 4000-ə qədər azərbaycanlı itkin düşdüyünüdiqqətə çatdırıb.

2023-cü ildən etibarən ölkəmizin bu məsələ ilə bağlıməlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkiletdiyi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girovgötürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu işdəaktiv rolu qeyd edilib.

İtkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətindəbeynəlxalq səylərin səfərbər edilməsinin vacib olduğuvurğulanıb.

Nazir itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsinin həmqanunun aliliyi, ədalət, həm də münaqişə sonrası münasibətlərinnormallaşmaşı baxımından önəmini nəzərə alaraq, beynəlxalqictimaiyyətin bu məsələdə rolunun vacib xarakter daşıdığınıvurğulayıb. Ölkəmizin indiyə qədər işğaldan azad olunmuş ərazilərdə23 kütləvi məzarlıq aşkarladığı qeyd edilib. Bununla yanaşı, itkindüşmüş şəxslərin yerinin müəyyən edilməsi prosesinə mina təhdidininciddi şəkildə maneçilik törətdiyi bildirilib.

Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
12
12
az.trend.az

10Mənbələr