AZ

"Teatr sənətinin inkişafı xalqlar arasında mədəni körpülərin yaradılmasına töhfədir" - QHT sədri

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov QHT.az-a verdiyi açıqlamada, Azərbaycan Milli Teatrının inkişafı və onun cəmiyyətdəki əhəmiyyətindən bəhs edib.

QHT sədri qeyd edib ki, Azərbaycan Milli Teatrının təşəkkülü 19-cu əsrin sonlarına təsadüf edir və bu, çox zəngin və görkəmli sənət adamları ilə özünü göstərib:

"Teatrlarımızın cəmiyyətdə rolu təkcə teatr sənəti ilə yekunlaşmamış, eyni zamanda kino sənətində parlayan ulduzlar məhz milli teatrımızın yetirmələri olmuşlar. Milli burjuaziyamız Azərbaycanda bir çox teatr ocağının yaranmasının əsasını qoymuşdur, sonralar dövlət tərəfindən teatr sənətinə, incəsənət xadimlərinə hər zaman diqqət göstərilmişdir. Müasir Azərbaycan dövlətində milli teatrlarımızın inkişafının əsası şübhəsiz ki, Ulu Öndət Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Ümümmilli Lider teatr sənətinə çox böyük qiymət verən bir şəxsiyyət idi, hər zaman teatr xadimləri ilə görüşür, onlara dövlət qayğısını əsirgəmirdi".

Vüqar Əhmədov teatr sənətinin qarşılıqlı inkişafını və mədəni əməkdaşlığın, xalqlar arasında anlaşmanı artıracağını da bildirib:

"Ölkəmizdə bir sıra xalqlara məxsus musiqili teatrlar, dram teatrları fəaliyyət göstərir ki, bunlar öz növbəsində həmin xalqların öz mədəniyyəti və incəsənətini inkişaf etdirməkdən ötrü gözəl bir vasitədir. Mədəniyyət hər zaman xalqlar arasında mühüm bir körpü rolunu oynamışdır. Dünya təcrübsində biz teatr səhnəsindən siyasi səhnəyə bir sıra nüfuzlu siyasətçilərin və dövlət başçılarınıın gəlişinin də şahidi olmuşuq. Teatr sənəti ölkəmizdə bu gün də inkişaf edir, Azərbaycanda Gənc Tamaşaçılar fəaliyyət göstərir, teatr sənətinə gələn bir çox gənc istedadlar incəsənətimizin inkişafına töhfə verirlər. Əlbəttə ki, Azərbaycanın tərəfdaş olduğu bir sıra ölkələrlə mədəni sahədə əlaqələri getdikcə inkişaf edir, mədəni əlaqələr xalqların yaxınlaşmasında mühüm rol oynayır. Bu mənada Azərbaycanla-ABŞ arasında mədəni əlaqələr və bu prosesdə gənclərin iştirakı, ortaq mədəniyyət layihələrinin həyata keçirilməsi hər zaman prioritet təşkil edib. Azərbaycan və ABŞ gənclərinin birgə teatr səhnəsində səhnələşdirdiyi səhnələr, incəsənət təşəbbüsləri və nümunələri şübhəsiz ki, hər iki ölkənin xalqları arasında inteqrasiya və mübadilə baxımından çox önəmlidir. Ümumiyyətlə teatr sənətinin qarşılıqlı inkişafı, mədəniyyət sahəsində qurulan əməkdaşlıq xalqlar və ölkələr arasında daha çox anlaşmaya və mədəni körpülərin inkişafına xidmət edir. Bu baxımdan Azərbaycanın əməkdaşlıq etdiyi ölkələr, Türk dünyası və islam ölkələri ilə ortaq mədəni layihələri ölkəmizin ABŞ kimi ölkələrlə ortaq mədəni layihələrin inkişafı regional və qlobal səviyyədə mədəniyyətlər-arası dialoq prosesinə də bir töhfədir". 

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
20
qht.az

1Mənbələr