AZ

Kəbədə rekord iştirakçı sayı qeydə alınıb

7 mart tarixində Ümrə ziyarətində 500 min nəfər iştirak edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Məscidül-Haram və Məscid-i Nəbəvi (Harameyn) İşləri məlumat yayıb.

Məlumata görə, bu, indiyədək Kəbədə qeydə alınan ən yüksək zəvvar sayıdır.

Səlahiyyətlilər bildiriblər ki, zəvvar sayındakı artışla bərabər yeni texnologiyanın istifadəsinə başlanılıb.

Belə ki, yeni texnologiya ilə sıxlığı yüksək olan ərazilər tez bir zamanda müəyyən edilir və daha effektiv idarəetmə əldə olunur.

“AzPolitka.info”

Seçilən
39
azpolitika.info

1Mənbələr