AZ

Millimizin keçmiş futbolçusuna ağır CƏZA

Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Qaradağ Lökbatan" klubunun baş məşqçisi olan Amit Quluzadə diskvalifikasiya edilib.

Milli.Az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Hazırda həm də "Qaradağ Lökbatan"ın məşqçisi olan Amit Quluzadə I Liqada XVII turun MOİK-lə səfər görüşündən sonrakı davranışına görə cəzalanıb. O, oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Quluzadə ardınca hakimlər otağına daxil olub.

O buna görə 3 matçlıq cəzalandırılıb. "Qaradağ Lökbatan" isə 300 manat cərimə edilib.

Milli.Az

Seçilən
3
milli.az

1Mənbələr