"Harri Potter" silsilə filmlərindəki rolu ilə tanınan aktyor Saymon Fişer-Beker 63 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə aktyorun meneceri Kim Berri məlumat yayıb.
"Bu gün mən həm də 15 illik yaxın dostumu itirdim. “Dorium Maldovar” rolu təklif olunanda aramızda olan telefon danışığını heç vaxt unutmayacağam. Ona çox şey borcluyam. O, mülayim, mehriban və qayğıkeş insan idi. Həyat yoldaşı Toniyə, ailəsinə və bütün pərəstişkarlarına başsağlığı verirəm", - deyə o, sosial media hesabında yazıb.
Qeyd edək ki, Saymon Fişer həmçinin "Puppy Love" , "Doctor Who" seriallarında da rol alıb.