AZ

“Trabzonspor” Arda Turanı istəyir


Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” klubu son dövrlərdə gözlənilən performansı göstərə bilmədiyi üçün baş məşqçisi Şenol Günəşi istefaya göndərmək qərarına gəlib.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, Super Liqanın 27-ci həftəsində “Trabzonspor”un öz meydançasnda “Hatayspor”a 2-1 məğlub olmasından sonra klub rəhbərliyi növbədənkənar iclas keçirib.
Rəhbərlik böyük səs çoxluğu ilə məşqçi dəyişikliyi barədə qərar verib.
İstefa verməyə hazır olan Şenol Günəşin tezliklə vəzifəsini tərk edəcəyi gözlənilir.
Şenol Günəşdən sonra baş məşqçi postuna ilk namizəd kimi isə “Eyüpspor” klubunu Super Liqaya çıxaran baş məşqçi Arda Turanın adı hallanır.
Qeyd edək ki, “Trabzonspor”dakı fəaliyyətinə 3-cü həftədə “Beşiktaş” derbisi ilə başlayan Şenol Günəş liqada keçirdiyi 23 oyundan 8-də qalib gəlib. Təcrübəli məşqçinin rəhbərliyi altında komanda 9 məğlubiyyət alıb, 6 heç-heçə edib.
Seçilən
16
1
yeniavaz.com

2Mənbələr