AZ

Alimlər dövrümüzün əsas ekoloji problemlərindən birini həll edə bildilər

Hər kəs Antarktida üzərindəki ozon dəliyi haqqında eşitmişdir. Ancaq tezliklə onu unutmaq mümkün olacaq.

QHT.az xəbər verir ki, Antarktida üzərindəki ozon dəliyi tədricən bağlanır və tamamilə yox ola bilər. Massaçusets Texnologiya İnstitutunun tədqiqatı göstərir ki, bu, ozonu məhv edən maddələrin emissiyalarının azaldılması nəticəsidir. Alimlər, ozon təbəqəsinin bərpasının sürətlə baş verdiyini və bunun birbaşa olaraq ozonu zədələyən maddələrin azalmasının nəticəsi olduğunu bildirib. 1987-ci ildən bəri 197 ölkə Monreal Protokolunu imzalayıb, bu da ozonu zədələyən maddələrin mərhələli şəkildə ləğvini nəzərdə tutur. Elm adamları təxminən 10 il ərzində Antarktida üzərindəki ozon təbəqəsinin tam bərpa olunacağını gözləyirlər.

 

R.İmanov

 

Seçilən
17
qht.az

1Mənbələr