Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xırdalan şəhəri Qalubiyyə küçəsi 39 ünvanında bir tut ağacının kəsilməsi, iki ağac tinginin və bir kolun başqa əraziyə köçürülməsi faktları müəyyən edilib.
Mia.az-ın xəbərinə görə, xidmət rəsmisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağac kəsintisinin və köçürülmənin iş icraçısı Zöhrab Əliyev tərəfindən qanunsuz həyata keçirildiyi məlum olub.
Xırdalan şəhərində beşmərtəbəli qəzalı binanın zirzəmisinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən satıldığı bildirilir, ərazidəki ağacların kəsiləceyi ehtimal edilir.
Mia.az xəbər verir ki, bu barədə görüntüləri jurnalist Pərvin Abışova paylaşıb.