Türkiyədə mərhum siyasətçisi, CHP-nin sabiq sədri Dəniz Baykalı partiya liderliyindən istefa verməyə məcbur edən məşhur "seks kaseti" qalmaqalının müəlllifi olduğu iddia olunan keçmiş polis rəisi tutulub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, 2016-cı ildə polis rəisi vəzifəsindən azad edilən FETÖ-çü olduğu qərarla təsddiqlənmiş Ü.Y ad-soyadlı Polis idarəsidənki kəşfiyyat idarəsinə vaxtilə rəhbərlik etmiş şəxs əməliyyatla saxlanılıb: "O, gizləndiyi evdəki gizli saxlanc yerində aşkarlanaraq qandallanıb".
Firudin Səfərli
MİA.AZ